SOSİAL FƏLSƏFƏ VƏ EKOLOJİ PROBLEMLƏR


Şöbənin müdiri: fəlsəfə elmlər doktoru, professor Azər Mustafayev

“Müasir Azərbaycan cəmiyyətinin inkişaf modelləri: seçim problemləri və perspektivlər” adlı mövzu elmi araşdırmaların əsas istiqaməti kimi müəyyən edilmişdir və bu mövzunun ayrı-ayrı aspektləri şöbə əməkdaşları tərəfindən konkret olaraq araşdırılır.
Bu ümumi mövzu ətrafında Azərbaycanda cəmiyyətinin inkişaf modelləri kontekstində cəmiyyətin müxtəlif strukturlarında baş verən prinsipial və köklü dəyişikliklər sosial-fəlsəfi aspektdən müqayisəli və sistemli şəkildə təhlil edilir. Şöbədə həmçinin keyfiyyətcə yeni, müasir dövrün reallıqlarına uyğun olan metodoloji müddəalar və fəlsəfi təhlilin qnoseoloji əsasları işlənib hazırlanır.
Şöbədə 8 nəfər əməkdaş çalışır, o cümlədən 1 elmlər doktoru, professor, 1 nəfər fəlsəfə üzrə fəlsəfə doktoru. 1 nəfər filologiya üzrə fəlsəfə doktoru.