TARİX


İNSTİTUTUN TARİXİ HAQQINDA

Fəlsəfə İnstitutu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəsmi qurumu kimi 1945-ci ildə yaradılmışdır.
İnstitut 1945-1950, 1950-1956-cı illərdə Tarix və Fəlsəfə İnstitutu, 1956-1967-ci illərdə Azərbaycan Elmlər Akademiyası (EA) Fəlsəfə sektoru, 1967-ci ildən 2002-ci ilin iyununa qədər Fəlsəfə və Hüquq İnstitutu, 2002-2008-ci illərdə Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu, 2009-cu ilin yanvarından 2014-cü ilin fevralınadək Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu, 2014-cü ilin martından Fəlsəfə və Hüquq İnstitutu, 2016-cı ilin aprel ayından isə Fəlsəfə İnstitutu adlandırılmışdır.
Fəlsəfə İnstitutunun təşkili Azərbaycan EA-nın vitse prezidenti, ictimai elmlər şöbəsinin sədri, akademik Heydər Hüseynovun adı ilə bağlı olmuşdur.





MÜXTƏLİF İLLƏRDƏ İNSTİTUTA RƏHBƏRLİK ETMİŞ ALİMLƏR:

• Akademik Makovelski Aleksandr Osipoviç (1945-1950-ci illər);
• F.e.d. Səmədov Vitali Yunisoviç (1950-1956-cı illər);
• T.e.d. İskəndərov Məmməd Salman oğlu (1950-1956-cı illər);
• T.e.d. Quliyev Əlövsət Nəcəfqulu oğlu (1950-1956-cı illər);
• F.e.d. Qasımov Mehbalı Məmməd oğlu (1956-1958-ci illər);
• F.e.d. Şakirzadə Əddin Sədrəddin oğlu (1958-1959-cu illər);
• Akademik Köçərli Firudin Qasım oğlu (1959-1984-cü illər);
• F.e.d. Orucov Zahid Malik oğlu (1985-1987-ci illər);
• Akademik Aslanov Aslan Məhəmməd oğlu (1987-1995-ci illər);
• F.e.d. Abasov Əli Seyidabas oğlu (1995-2001-ci illər);
• F.e.d. Məmmədzadə İlham Ramiz oğlu (2002-ci il may-noyabr);
• F.e.d, prof.Rüstəmov Yusif İman oğlu (2002-2008-ci illər);
• 2008-ci ildən İnstituta f.ü.e.d. Məmmədzadə İlham Ramiz oğlu rəhbərlik edir.