İNFORMASİYA CƏMİYYƏTİNİN FƏLSƏFİ VƏ SOSİOLOJİ PROBLEMLƏRİ


“Ekologiyanın fəlsəfi problemləri” şöbəsi keçmiş SSRİ məkanında ilk dəfə olaraq prof., f.e.d Ağayar Şükürov tərəfindən təsis olunmuşdur. Şöbədə 2006-cı ilə qədər “Ekologiya Fəlsəfə.
Mədəniyyət” adlı məcmuənin 46 buraxılışı nəşr olunmuşdur. 1991-ci ildən 2008-ci ilin noyabr ayınadək şöbə müdiri professor A.Şükürov olmuşdur. Şöbənin adı bu günə qədər bir neçə dəfə dəyişdirilərək müxtəlif elmi-fəlsəfi istiqamətlərlə bağlı tədqiqatlar aparmılşdır;
• 2000-ci ildə Qlobal və sosial ekologiyanın fəlsəfi problemləri (rəhbərlik edən prof., f.e.d Ağayar Şükürov)
• 2009-Qloballaşma və İnformasiya cəmiyyətinin problemləri (şöbə müdiri, professor f.e.d. R.Mirzəzadə)
• 2013-Qloballaşma və informasiya cəmiyyətinin fəlsəfi problemləri” – (şöbə müdiri f.ü.f.d. S.Mustafayev)
• 2017-İnformasiya cəmiyyətinin fəlsəfi problemləri - (şöbə müdiri f.e.d. A.Rüstəmova)
• 2021-ci il - İnformasiya cəmiyyətinin fəlsəfi və sosioloji problemləri (şöbə müdiri əvəzi, f.ü.f.d. M.S.Cəbrayılov)
Şöbənin əsas tədqiqat istiqamətləri: süni intellekt və 4-cü sənaye inqilabının informasiya cəmiyyətinə təsirləri; informasiya cəmiyyətinin inkişaf proseslərinin fəlsəfi analizi; informasiya cəmiyyətinin nəzəri və metodoloji problemləri; Azərbaycanda informasiya cəmiyyətinin formalaşması və inkişafı: reallıqlar və perspektivlər; informasiya cəmiyyətində insan potensialı və həyat keyfiyyəti məsələləri; informasiya cəmiyyətinin müasir konsepsiyaları və s.
Şöbədə 10 əməkdaş çalışır, onlardan 4-ü fəlsəfə doktorudur.
İşçilərin ümumi sayı: 10