Dünya fəlsəfəsi
Şöbə müdiri: fil.e.d.,dosent Əsədova Afaq İsa qızı
Dünya fəlsəfənin əsas istiqamətləri və problemləri kimi aşağıdakılar qəbul edilmişdir:
- Dilin təhlili və əhəmiyyəti (dilin strukturunun fəlsəfi refleksiyaya necə təsir etdiyinin və mənanın qeyri-müəyyənliyinin təhlili);
- Şüurun “çətin problemi” (beyində fiziki proseslər subyektiv təcrübəni necə yaradır);
- Metafizika və ontologiya (nə mövcuddur və onun xassələrinin təbiəti necədir);
- Metaetika (əsas etik anlayışların təhlili (məsələn, “xeyir” və şər”), faktlarla (“nə var”) dəyərlər (“nə olmalıdır”) arasındakı fərqlərin təhlili;
- Demarkasiya problemi (elmin qeyri-elmdən, psevdoelmdən fərqləndirilməsi);
- Məntiqin problemləri (məntiqi sistemlərin fərqləndirilməsi və həqiqi sayılan müddəaların əsaslandırılması).- Analitik tədqiqatlar indi də çox aktual olan “dil və məntiq məsələsi”ni daha dərindən, geniş və analitik fəlsəfi tədqiqatlar ənənəsi çərçivəsində öyrənməyə əsaslı imkanlar yaradır. Dil Azərbaycan üçün həm xüsusi mənəvi-kommunikativ vahid kimi, həm də xalqın mənəvi-mədəni sərvəti olaraq yeni səviyyədə araşdırılmalıdır. Burada aktual olan yalnız dilin avtonom mənəvi-kommunikativ funksionallıq keyfiyyətində tədqiqi deyil, həm də qədim bir xalqın özünü linqvistik sahədə uğurlu təsdiqi və daha geniş Türk Dünyası miqyasında dilin birləşdirici rolu (fəlsəfi, elmi, bədii, məişət və s. istiqamətlər üzrə) kontekstlərində adekvat tədqiqi önəmlidir.