RƏQƏMSAL İNKİŞAF VƏ SÜNİ İNTELLEKTİN FƏLSƏFİ PROBLEMLƏRİ 


Şöbə müdiri ,
f.ü.f.d. dosent M.S.Cəbrayılov


“Ekologiyanın fəlsəfi problemləri” şöbəsi keçmiş SSRİ məkanında ilk dəfə olaraq prof., f.e.d Ağayar Şükürov tərəfindən təsis olunmuşdur. Şöbədə 2006-cı ilə qədər “Ekologiya Fəlsəfə.
Mədəniyyət” adlı məcmuənin 46 buraxılışı nəşr olunmuşdur. 1991-ci ildən 2008-ci ilin noyabr ayınadək şöbə müdiri professor A.Şükürov olmuşdur. Şöbənin adı bu günə qədər bir neçə dəfə dəyişdirilərək müxtəlif elmi-fəlsəfi istiqamətlərlə bağlı tədqiqatlar aparmılşdır;
• 2000-ci ildə Qlobal və sosial ekologiyanın fəlsəfi problemləri (rəhbərlik edən prof., f.e.d Ağayar Şükürov)
• 2009-Qloballaşma və İnformasiya cəmiyyətinin problemləri (şöbə müdiri, professor f.e.d. R.Mirzəzadə)
• 2013-Qloballaşma və informasiya cəmiyyətinin fəlsəfi problemləri” – (şöbə müdiri f.ü.f.d. S.Mustafayev)
• 2017-İnformasiya cəmiyyətinin fəlsəfi problemləri - (şöbə müdiri f.e.d. A.Rüstəmova)
• 2021-ci il - İnformasiya cəmiyyətinin fəlsəfi və sosioloji problemləri (şöbə müdiri əvəzi, f.ü.f.d. M.S.Cəbrayılov)

2025-ci il - Rəqəmsal inkişaf və süni intellektin fəlsəfəsi (şöbə müdiri f.ü.f.d.,dosent. M.S.Cəbrayılov)

Şöbənin əsas tədqiqat istiqamətləri:
- Süni intellektin fəlsəfi əsaslarının və idrak modellərinin öyrənilməsi;
- Rəqəmsal texnologiyaların insan şüuru, şəxsiyyət və sosial münasibətlərə
təsirinin araşdırılması;
- İnformasiyanın fəlsəfəsi, bilik və məlumat münasibətlərinin analizi.
- Rəqəmsal mədəniyyət və etik məsuliyyət problemlərinin tədqiqi;

- Rəqəmsal idarəetmə və süni intellektin sosial sistemlərdə istifadəsinə dair
etik və normativ çərçivələrin işlənməsi
- Azərbaycan üçün rəqəmsal transformasiya və süni intellekt
strategiyalarının fəlsəfi əsaslarının hazırlanması;
- Elmi və dövlət qurumlarına təkliflər, analitik arayışlar və ekspert
rəylərinin təqdim olunması.
- Süni intellekt və 4-cü sənaye inqilabının informasiya cəmiyyətinə təsirləri.
- İnformasiya cəmiyyətinin müasir konsepsiyaları və sosioloji-fəlsəfi
məzmunları.